Bakının Nəsimi Bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi arasında qardaşlaşma protokolu imzalanıb - FOTO

Bakının Nəsimi Bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi arasında qardaşlaşma protokolu imzalanıb - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 09:53 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi rayon Bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb.

APA-nın məlumatına görə, imzalanma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladıb. O, Bakı-2015 Birinci Avropa Oyunları zamanı Azərbaycan xalqının Türkiyə mili komandasını öz milli komandası kimi dəstəklədiyini söyləyib.

İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan iki xalq arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayıb. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Bilal Dündar isə TADEF-ə Türkiyədə yaradılan şəraitdən və fəaliyyətlərindən söz açıb. O, N. Doğanın TADEF-ə hər zaman dəstək verdiyini, Kocaelidə Xocalı abidəsinin ucaldıldığını nəzərə çatdırıb.

A. Əsgərov qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu vurğulayıb.

Görüşdə İzmit Bələdiyyəsinin sədrinə qədim və müasir Bakının təsvirləri yer alan rəsm əsərləri bağışlanıb. Daha sonra Nəsimi rayon Bələdiyyəsi və Türkiyənin İzmit Bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR