Sülhəddin Əkbər: “Milli Şura seçkidən sonra ciddi zərbələr alıb”

Sülhəddin Əkbər: “Milli Şura seçkidən sonra ciddi zərbələr alıb”
# 19 fevral 2014 14:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şura prezident seçkilərindən sonra ciddi zərbələr alıb. Bunu bu zaldakı əhval-ruhiyyədən də görməliyik”.

APA-nın məlumatında görə, bunu Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Milli Şuranın bu gün keçirilən sessiyasındakı çıxışı zamanı deyib.

O bildirib ki, Milli Şurada qərarlar konsensus yolu ilə qəbul edilməlidir. Onun sözlərinə görə, Milli Şuranın yeni bəyannaməsində nöqsanlar çoxdur, bəyannamədə konkret olaraq qurumun atacağı addımlar əksini tapmalıdır: “Yoxsa Milli Şura düz istiqamətə yönəlməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR