Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ münaqişəsi indiki nəslin dövründə öz həllini tapmalıdır"

Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ münaqişəsi indiki nəslin dövründə öz həllini tapmalıdır"
# 10 may 2016 23:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Dağlıq Qarabağ qanlı münaqişədir və bu problem indiki nəslin dövründə öz həllini tapmalıdır. Bu münaqişəni tez bir zamanda həll etmək lazımdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.

Onun sözlərinə görə, Rusiya parlamentariləri və diplomatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində rəsmi diplomatiyanı dəstəkləməyə çalışırlar: "Biz bu işi davam etdiririk. Lakin bu mürəkkəb problemdə əsas rolu xarici siyasət idarələri və əlbəttə ki, münaqişə dövlətlərinin və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri oynayır və bundan sonra da oynayacaq. Kiçik bir yanlış hərəkət qan tökülməsinə səbəb ola bilər.

Biz hesab edirik ki, Minsk Qrupu formatı əvvəlki kimi regionda sülhü mümkün qədər qorumaq üçün rasional və səmərəlidir. Lakin bununla yanaşı başa düşürük ki, 7 yaşı tamam olan Madrid prinsipləri hələ ki həyata keçirilməyib, əsas addımlarla bağlı münaqişə tərəflərinin vahid anlayışı yoxdur. Nizamlanmanın kağız üzərində deyil, real şəkildə başlanılması üçün, ilk növbədə, bu addımlar atılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi gedir. Lakin bu tez və istədiyimiz kimi baş vermir. Buna baxmayaraq, proses gedir, dayanmır, geriləmir. Siyasətçilər əlindən gələni edirlər ki, bu mürəkkəb problem həll olunsun".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR