Lənkəranda 8 yaşlı uşağı maşın vurub

Lənkəranda 8 yaşlı uşağı maşın vurub
# 07 may 2016 11:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 7-də saat 12.00 radələrində rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Rayonun Kərgəlan kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Ramiz oğlu Qəribxanlının idarə etdiyi “VAZ-2107” markalı, 42 BU 316 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Darquba kənd sakini, 2002-ci il təvəllüdlü Hüseyn Seymur oğlu Əliyevi vurub. Sürücü dərhal uşağı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Kəllə-beyin travması, beyin əzilməsi, qarnının müxtəlif nahiyələrində sıyrılmış yaralar diaqnozu qoyulan H.Əliyev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altında olan uşağın vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR