Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq keçiriblər
# 11 may 2015 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Salyan və Biləsuvar Rayon Polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, Salyan Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmir olunub: “Hər iki rayonda saxlanılanların əksəriyyəti oğurluqda və narkotik dövriyyəsində şübhəli bilinən şəxslərdir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Xırda nöqsanları nəzərə almasaq, ciddi qanun pozuntusu aşkar olunmadı”.

E. Behbudov bu gün Müdafiə Nazirliyinin Salyanda yerləşən intizam xarakterli “N” saylı hərbi hissəsində də monitorinq keçirəcəklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR