Moskvanın Doroqomilov bazarında baş vermiş silahlı insident nəticəsində iki nəfər yaralanıb

Moskvanın Doroqomilov bazarında baş vermiş silahlı insident nəticəsində iki nəfər yaralanıb
# 02 may 2013 20:29 (UTC +04:00)

Bakı-APA. Moskvanın Doroqomilov bazarında travmatik silahdan açılmış atəş nəticəsində iki nəfər yaralanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, münaqişə yerli vaxtla saat 19.00 radələrində iki qrup vətəndaşlığı hələlik məlum olmayan şəxslər arasında baş verib. Münaqişə zamanı tərəflərdən biri travmatik silahdan atəş açıb.

Məlumata görə, insident nəticəsində yaralanmış iki nəfər xəstəxanaya aparılıb. Atəş açan şəxslər avtomobildə hadisə yerindən uzaqlaşıb, onların müəyyən olunması istiqamətində araşdırma aparılır.

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR