Dostunun ölümündə təqsirləndirilən sürücü məhkəmə zalında həbs edilib

Dostunun ölümündə təqsirləndirilən sürücü məhkəmə zalında həbs edilib
# 01 dekabr 2017 10:06 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Müslüm Almuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Almuradov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. M. Almuradov barəsində seçilən başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, bu il iyununda M. Almuradovun idarə etdiyi avtomobil Xaçmaz-Xudat yolunda ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, sürücünün dostu Cavid Kərimli ölüb. M. Almuradovun sürücülük vəsiqəsinin olmadığı da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR