Putinin illik mətbuat konfransının vaxtı dəyişib

Putinin illik mətbuat konfransının vaxtı dəyişib
# 21 dekabr 2016 08:43 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransının vaxtı dəyişib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, konfrans dekabrın 23-də keçiriləcək.


Mətbuat konfransının vaxtının dəyişməsinə səbəb Rusiya prezidentinin Ankarada qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla vida mərasimidnə iştirak etməsidir.

Qeyd edək ki, mətbuat konfransının dekabrın 22-də keçirilməsi planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR