Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivalda iştirak edib

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivalda iştirak edib
# 18 oktyabr 2016 15:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti “Atspindys” XI beynəlxalq monotamaşalar festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilən festivalda teatrın yaradıcı heyəti Semuel Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı əməkdar artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən–17-dək davam edən festivalda 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.

Səhnə əsəri ““Atspindys” XI beynəlxalq monotamaşalar festivalında iştiraka görə” diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR