Göyçayda toqquşan maşınlardan biri yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alıb - FOTOSESSİYA

Göyçayda toqquşan maşınlardan biri yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyul 2014 10:41 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda iki minik maşını toqquşub, xəsarət alan var. APA-nın yerli bürosunun xəbərinə görə hadisə Bakı-Şamaxı-Yevlax yolunun 203-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Bığır kənd sakini, 1968-ci il təvəllüdlü Qasımov Rəsul Atakişi oğlu dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşını qarşı tərəfdə, yolun eyni hərəkət zolağında hərəkət edən İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1979-cu il təvəllüdlü Teymurov Niyaməddin Elgünəş oğluna məxsus 07-BA-710 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşınına arxa tərəfdən çırpıb. Avtomobillərə və hadisə yerinə baxış zamanı məlum olub ki, “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdə gedən “VAZ 2106” markalı maşını qanunsuz olaraq sağ tərəfdən ötüb keçmək istəyib. “VAZ 2107”nin sürücüsü qarşısındakı maşını əzdikdən sonra idarəetrməni itirib və avtomobili yoldan çıxaraq 6 metr dərinliyi olan çökək əraziyə aşırıb və mağazaya çırpıb. Hadisə nəticəsində sürücü Rəsul Qasımov ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR