Bakıda vərəm dispanserində xəstələr arasında dava olub, ölən və yaralanan var - VİDEO

Bakıda vərəm dispanserində xəstələr arasında dava olub, ölən və yaralanan var - <span style="color: red;">VİDEO
# 25 may 2015 08:22 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb.

Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR