Rusiyada axtarışda olan şəxslər Azərbaycanda həbs edilib

Rusiyada axtarışda olan şəxslər Azərbaycanda həbs edilib
# 18 avqust 2012 11:10 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyasında axtarışda olan şəxslər Azərbaycanda həbs edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Moskva şəhərinin Şimal-Şərq İnzibati Dairəsinin Daxili İşlər İdarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İxtiyar Rüstəmov, eləcə də Rusiyanın Surqut şəhər Daxili İşlər İdarəsi tərəfindən CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Zöhrab Mehdiyev tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR