«DəmirBank» plastik kartlar üzrə «Pulsuz» kampaniyasını genişləndirib

«DəmirBank» plastik kartlar üzrə «Pulsuz» kampaniyasını genişləndirib
# 19 iyul 2012 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC plastik kartlar üzrə təklif etdiyi «Pulsuz» kampaniyasının şərtlərini daha da sadələşdirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, plastik kartı pulsuz əldə etmək üçün hesaba daha az ilkin mədaxil zəruridir.

«VISA Electron», «Maestro» kartlarını pulsuz almaq üçün hesaba 100 manat, dollar, avro, türk lirəsi və funt sterlinq və ya 400 BƏƏ dirhəmi ilkin mədaxil edilməlidir. «VISA Classic», «MasterCard Standard» üçün 200 manat (dollar, avro, türk lirəsi və funt sterlinq) və ya 800 BƏƏ dirhəmi, «VISA Gold», «MasterCard Gold» üçün 1000 manat (dollar, avro, türk lirəsi və funt sterlinq) və ya 4000 BƏƏ dirhəmi, «VISA Platinum», «MasterCard Platinum» üçün 5000 manat (dollar, avro, türk lirəsi və funt sterlinq) və ya 20000 BƏƏ dirhəmi ilkin mədaxil tələb olunur.

Kartlar 1 il müddətinə verilir, lakin 2 və 3 il müddətinə plastik kart aldıqda, ilkin mədaxillər müvafiq il sayına vurulur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.

«Pulsuz» kampaniyası ilə yanaşı, «DəmirBank» həmçinin «5 manata» kampaniyası da keçirir. Bu halda «VISA Classic» və «MasterCard Standard» kartlarını 1 illik istifadə şərti ilə hesaba ilkin mədaxil etmədən 5 manata əldə etmək mümkündür. Ödənişli qayda digər kart növləri və müddətlər üzrə plastik kartları hesaba ilkin mədaxil etmədən əldə etmək olar. Bank həmçinin «Xaricdə Təhsil Alanlara Pulsuz Kart» kampaniyası da keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR