Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcək
# 12 dekabr 2014 08:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də saat 10:00-da Nazirliyin Yevlax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 336-33-82 (Yevlax rayon ƏSMM), (024) 274-94-88 (Mingəçevir şəhər ƏSMM), (022) 352-31-97 (Naftalan şəhər ƏSMM), (022) 245-12-59 (Goranboy rayon ƏSMM), (022) 235-27-37 (Ağdaş rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Mingəçevir, Naftalan şəhərlərindən, Goranboy və Ağdaş rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR