Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub
# 23 fevral 2024 00:14 (UTC +04:00)

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

APA xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə İsveçrə seçməsi ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin ilkin təsnifat mərhələsindəki digər rəqibləri isə İrlandiya və Kosovo kollektivləridir.

Qeyd edək ki, Azərbaycan yığması ikinci oyununu fevralın 25-də Bakıda Kosovo seçməsinə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR