Bank Of Baku

Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar

Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
# 16 mart 2025 11:57 (UTC +04:00)

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 2 gümüş medalla başa vurub.

APA Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, boksçularımızdan Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçsu (Macarıstan) 4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR