Rumıniyanın Kodliya şəhərində Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təşkilatçılığı ilə qol güləşi üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yarışda Avropanın 30 ölkəsindən 600-ə yaxın idmançı müxtəli çəki kateqoriyalarında əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.
Çempionatda iştirak edən Azərbaycan qol güləşi üzrə milli yığma komandasının üzvü və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı çavuş Toğrul Şahlarlı yüksək nəticə göstərərək uğur qazanmağı bacarıb. Belə ki, o, 86 kq çəki dərəcəsində sol qol üzrə 11 görüş keçirərək bürünc medalın sahibi olub.
Qalibə Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) təsis etdiyi diplom və medal təqdim edilib.