Hidayət Heydərov: "Bütün Azərbaycan xalqının dəstəyini gördüm"

Hidayət Heydərov: "Bütün Azərbaycan xalqının dəstəyini gördüm"
# 22 may 2024 00:56 (UTC +04:00)

"Bütün Azərbaycan xalqının dəstəyini gördüm".

APA xəbər verir ki, bu sözləri Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının qalibi Hidayət Heydərov jurnalistlərə açıqlamasında bildirib.

İdmançı bildirib ki, növbəti hədəf “Paris-2024” Yay Olimpiya Oyunlarıdır. 27 yaşlı idmançı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi instaqram hesabında etdiyi paylaşım ona əlavə stimul verib:

"Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası başda Elnur Məmmədli olmaqla hamısına çox sağ ol deyirəm. Final görüşünə qələbə üçün çıxmışdım. Həm də dünya çempionatının finalını əldən verə bilməzdim. Çox motivasiyalı idim", - deyə Heydərov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR