Nicat Abasov Hikaru Nakamura ilə heç-heçə etdi

Nicat Abasov Hikaru Nakamura ilə heç-heçə etdi
# 07 aprel 2024 04:24 (UTC +04:00)

Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb. Təmsilçimiz ağ fiqurlarla oynayıb. Tərəflər 29-cu gedişdə sülhə razı olublar.

İddiaçılar turniri
III tur, 6 aprel
Nicat Abasov – Hikaru Nakamura - 0,5:0,5
Alireza Firuzya – Fabiano Karuana
Dommaradju Qukeş – Yan Nepomnyaşi
Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu Praqnanandja (Hindistan) – 0,5.

Qeyd edək ki, Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq. Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR