Bank Of Baku

Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb - VİDEO

Tofiq Musayev, Azərbaycanlı MMA döyüşçüsü

© APA | Tofiq Musayev, Azərbaycanlı MMA döyüşçüsü

# 29 mart 2026 09:36 (UTC +04:00)

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında növbəti döyüşünü keçirib.

Apasport.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə 36 yaşlı idmançı çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanıb.

3 raund davam edən mübarizədə statistik göstəricilərə görə, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb. Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.

Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə ötən yay Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR