Xankəndi-Bakı marafonunun açılışı keçirilib - FOTO

Xankəndi-Bakı marafonunun açılışı keçirilib - FOTO
# 29 fevral 2024 07:06 (UTC +04:00)

İlk dəfə keçirilən Xankəndi-Bakı ultra marafonun açılışı olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, açlışı mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdürü Elnur Məmmədov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, ultra marafonun iştirakçıları iştirak edib. Dövlət himnin səsləndirilməsi ilə Ultra Marafonun açlışı olub.

Qeyd edək ki, ilk dəfə keçrilən ultra marafonunda 64 nəfərin iştirak edir. İştirakçılar arasında yerli iştirakçılarla yanaşı Türkiyə, Moldova, və Meksikadan 10 nəfərə yaxın iştitakçı qatılıb. Xankəndi şəhərindən start götürəcək ultra marafonu iştirakçıları 380 km məsafə qət edərək, finişə Bakıda çatacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR