Bank Of Baku

Novruz Məmmədov: “Köçəryan Qarabağla bağlı danışıqlarda parlament və prezident seçkiləri üçün öz maraqlarına uyğun xal toplamağa çalışır”

Novruz Məmmədov: “Köçəryan Qarabağla bağlı danışıqlarda parlament və prezident seçkiləri üçün öz maraqlarına uyğun xal toplamağa çalışır”
# 16 dekabr 2006 13:07 (UTC +04:00)
Robert Köçəryanın sonuncu bəyanatı bunu deməyə əsas verir və bu dünya ictimaiyyəti qarşısında məntiqsiz bir bəyanatdır”. APA-nın məlumatına görə bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistan prezidenti Robert Köçəryanın son açıqlamasına münasibət bildirərkən deyib. Qeyd edək ki, R.Köçəryan Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə qədər Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələrin aktiv mərhələyə keçməyəcəyini bildirib. N.Məmmədovun sözlərinə görə, R.Köçəryan iki həftə əvvəl danışıqların davam etməsi və müəyyən razılıqların əldə edilməsi üçün vaxt istəmişdi: “İki həftə keçməmiş belə bir bəyanat verilirsə, deməli, Ermənistan tərəfi bu danışıqlarla sadəcə vaxt udmaq istəyir. Ermənistan prezidenti bu danışıqları özünün siyasi maraqlarına tabe etmək fikrindədir. O, Qarabağla bağlı danışıqlarda həm parlament seçkiləri, həm də qarşıdakı prezident seçkiləri üçün öz maraqlarına uyğun xal toplamağa çalışır. Bu isə Ermənistan rəhbərinə başucalığı gətirmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR