Bank Of Baku

Piter Semnebi: “Təəssüf edirəm ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2006-cı ildə yaranmış şansdan istifadə etmədilər”

Piter Semnebi: “Təəssüf edirəm ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2006-cı ildə yaranmış şansdan istifadə etmədilər”
# 16 dekabr 2006 14:03 (UTC +04:00)
Təəssüf edirəm ki, tərəflər bu şansdan səmərəli istifadə edib, razılığa gələ bilməyiblər. Bununla belə nizamlanma prosesi davam edir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi söyləyib. Münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini deyən xüsusi nümayəndə danışıqlar prosesinin müsbət nəticə verəcəyinə inandığını bildirib. Dağlıq Qarabağda keçirilən referenduma toxunan Piter Semnebi bu referendumun nəticələrini tanımadıqlarını, təmsil etdiyi qurumun artıq bu məsələ ilə bağlı bəyanat verdiyini xatırladıb. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının həyata keçirilməsindən sonra tərəflər arasında əməkdaşlığın daha da inkişaf edəcəyini qeyd edən xüsusi nümayəndə gələn il Avropa İttifaqının Azərbaycanda vətəndaş cəmiyyəti və söz azadlığı sahəsində layihə həyata keçirəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR