Bank Of Baku

Abxaziya qaçqınları Dağlıq Qarabağdakı “referendum”dan reportaj hazırlayan “Rustavi-2” telekanalını Azərbaycandan üzr istəməyə çağırıblar

Abxaziya qaçqınları Dağlıq Qarabağdakı “referendum”dan reportaj hazırlayan “Rustavi-2” telekanalını Azərbaycandan üzr istəməyə çağırıblar
# 18 dekabr 2006 09:34 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qurum qondarma “DQR”in nə Gürcüstan, nə də beynəlxalq birlik tərəfindən tanınmadığını xatırladaraq orada keçirilən “referendum”un ölkə ictimaiyyəti üçün informativ önəminin olmadığını bəyan edib: “Gürcüstan siyasətçiləri, kütləvi informasiya vasitələri və bütün gürcü xalqı ölkəmizin separatçı regionlarında keçirilən analoji tədbirlərdə bizə dost olmayan dövlətlərin nümayəndələrinin, “müşahidəçi”lərin iştirakı faktına ağrılı reaksiya verdiyi halda Qarabağdakı referendumun öz televiziyamızda işıqlandırılması hansı zərurətdən irəli gəlib? Xüsusilə kədərli fakt ondan ibarətdir ki, bütün bunlar ərazi bütövlüyü dövlətimiz və xalqımız tərəfindən dəstəklənən bir ölkənin - Gürcüstanın vacib strateji tərəfdaşının ərazisində baş verir”. Gürcü jurnalistlərin Dağlıq Qarabağa səfərinin “Şahdəniz” yatağından Gürcüstana qaz verilməsi ilə bağlı danışıqlarla eyni vaxta təsadüf etməsinə diqqət çəkən bəyanat müəllifləri Azərbaycanın Gürcüstana münasibətdə görünməmiş dostluq jesti nümayiş etdirdiyini bildiriblər: “Biz telekanalın efirə verdiyi reportajdan şoka düşmüşük. Sovet jurnalistikası ənənələrinə uyğun hazırlanan verilişdə Qarabağ faciəsinin əsl səbəbləri, yüz minlərlə insanın qaçqın düşməsi haqqında bir kəlmə belə deyilmədi və üstəlik, “referendum”un legitimliyi şübhə altına alınmadı. Xatırlatmaq istəyirik ki, Rusiya kanalları Abxaziya və Cənubi Osetiyada keçirilən anoloji tədbirləri məhz bu cür işıqlandırırlar”.
“Rustavi-2”də nümayiş etdirilən reportajı ölkədən kənarda hazırlanmış və Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığını pozmaq niyyəti güdən məqsədli provokasiya adlandıran “Abxazeti” Beynəlxalq Təşəbbüs Qrupu bu faktın araşdırılmasını, provokasiyanın təşkilatçıları və iştirakçıları haqqında tədbirlər görülməsini tələb edir. Təşkilat telekanalın rəhbərliyini Azərbaycan xalqı və rəhbərliyindən, həmçinin gürcü tamaşaçılarından üzr istəməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR