Bank Of Baku

ATƏT-in yeni sədri Rusiya səfəri çərçivəsində Dağlıq Qarabağla bağlı müzakirə aparacaq

ATƏT-in yeni sədri Rusiya səfəri çərçivəsində Dağlıq Qarabağla bağlı müzakirə aparacaq
# 18 dekabr 2006 09:43 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, İspaniyanın xarici işlər naziri Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Nazirlərin müzakirə edəcəyi mövzulardan biri də ATƏT-in məşğul olduğu prioritet məsələlərə Rusiyanın mövqeyinin öyrənilməsi olacaq. Görüşdə həmçinin Moldova, Gürcüstan və Azərbaycan ərazisindəki “dondurulmuş münaqişələr”in müzakirəsi də nəzərdə tutulub. Görüşdə həmçinin Yaxın Şərq, İran, Əfqanıstan və Şimali Koreya məsələləri də müzakirə olunacaq.
Qeyd edək ki, M. Moratinosun “dondurulmuş münaqişələr”in ATƏT-i narahat edən ən ciddi məsələlərdən olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR