Bank Of Baku

Nizami Bəhmənov: “Ermənilərin Şuşa ilə bağlı İrəvanda abidə ucaltmaları barədə iddialarının həqiqətə çevriləcəyinə inanmıram”

Nizami Bəhmənov: “Ermənilərin Şuşa ilə bağlı İrəvanda abidə ucaltmaları barədə iddialarının həqiqətə çevriləcəyinə inanmıram”
# 17 yanvar 2007 14:02 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov deyib. Onun bildirdiyinə görə, Dağlıq Qarabağda keçirilmiş son referenduma ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dövlət Departamenti, NATO və digər nüfuzlu qurumlar dərhal ciddi reaksiya veriblər: “Biz bir çox abidələrin ucaldılıb, sonradan götürülməsinin də şahidi olmuşuq”.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə APA-ya bildirib ki, Ermənistan qeyri-konstruktiv mövqedə dayanaraq, danışıqlar prosesinə mənfi təsir göstərmək üçün əlindən gələni edir: “Azərbaycan nümayəndə heyəti bu sessiyada Ermənistanın qurum qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı müzakirələrdə aktiv iştirak edəcək və öz sözünü deyəcək. Robert Köçəryanın Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləməsi, Şuşanın işğalının 15 illiyi ilə bağlı təbrik etməsi Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri pozmasıdır”. 2001-ci ildən bu yana AŞ PA-nın tədbirləri çərçivəsində müxtəlif sərgilər keçirildiyini, deputatlara münaqişənin tarixi haqqında yüzlərlə kitabların paylandığını da qeyd edib: “Parlamentarilər Şuşanın, Qarabağın hansı dövlətə məxsus olduğunu, nə baş verdiyini yaxşı bilirlər”.
Qeyd edək ki, İrəvan meriyası şəhərin mərkəzində Şuşanın işğal olunduğu gün (ermənilərin təbirincə, “Şuşanın işğaldan azad edildiyi gün”ə) həsr olunmuş abidə qoyulması barədə qərar qəbul edərək, müsabiqə elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR