Bank Of Baku

Kaliforniyada Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Kaliforniyada Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
# 26 fevral 2007 08:37 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ABŞ-a səfəri başlayıb. APA-nın Amerika bürosunun məlumatına görə, Ə. Abbasov səfərinin ilk günü Kaliforniya ştatında Şimali Amerika Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak edib. “Selikon vadisi”nin yaxınlığındakı Syannvale şəhərində təşkil olunan toplantıya 70-ə yaxın həmyerlimiz qatılıb. Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilmiş azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra “Lider” televiziyasının çəkdiyi “Məhv edilmiş şəhər” sənədli filminə baxıblar. Anım mərasimində Ə. Abbasovla yanaşı, Azərbaycanın Los-Anceles şəhərindəki bas konsulu Elin Süleymanov və BMT-dəki daimi nümayəndəliyimizin rəhbəri Aqşin Mehdiyev də qatılıblar.
Qeyd edək ki, Ə. Abbasovun səfəri bir həftə davam edəcək. Səfər zamanı nazir “Selikon vadisi”nin ən məşhur şirkətləri olan “Cisco” və “İntel”in rəhbərləri ilə görüş keçirəcək, BMT nəzdində təşkil olunmuş İnformasiya Texnologiyalarına həsr olunmuş konfransda iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR