Bank Of Baku

Zaqatala, Şəki və Qax rayonlarında Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Zaqatala, Şəki və Qax rayonlarında Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
# 26 fevral 2007 09:33 (UTC +04:00)
Bu gün Zaqatala rayonunda Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumata görə, tədbirlər planına uyğun olaraq ötən həftədən rayonun təhsil ocaqlarında, idarə və təşkilatlarında Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı anım mərasimləri keçirilib. Mərasim iştirakçıları Xocalı soyqırımına həsr edilmiş fotosərgi ilə yaxından tanış olduqdan sonra rayonun mədəniyyət və istirahət parkında inşa edilən “Qala düzü” restoranında Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədər təşkil olunmuş anım mərasiminə qatılıblar. Tədbirdə rayon mədəniyyət evinin aktyorlarının və orta məktəb şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən səhnəciklər göstərilib.
Zaqatala RİH-dən APA-ya bildirilib ki, rayonda 17 Xocalı ailəsi məskunlaşıb. Rayon icra başçısının təşəbbüsü ilə rayon mərkəzində məskunlaşan Xocalı və digər rayonlardan olan 63 məcburi ailəsinə bir sıra yardımlar göstərilib.
Bu gün ölkənin şimal-qərb bölgəsinin digər iki rayonunda - Şəki və Qaxda da Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə APA-nın şimal-qərb bürosuna Şəki və Qax RİH-lərindən məlumat verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR