Bank Of Baku

Ziyafət Əsgərov: “Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi tanıyıb”

Ziyafət Əsgərov: “Azərbaycan Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi tanıyıb”
# 26 fevral 2007 09:45 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Birinci vitse-spiker 1990-1995-ci illərdə bu cür məsələlərə dair ayrıca qanun yox, qərarın qəbul olunduğunu bildirib: “Bəziləri bu fikirləri əlavə xalq qazanmaq məqsədilə, bəziləri isə başa düşmədiyindən səsləndirir. Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtdırmaq mərhələsində olduğumuz bir vaxtda Milli Məclisdə yenidən bu məsələni qaldırsaq, bizə deməzləri ki, özünüz niyə bu soyqırımı 15 ildən sonra tanıyırsınız? Mən çox təəssüf edirəm ki, bu cür əsası olmayan fikirlər ortaya atılır. Xocalı faciəsi Milli Məclis tərəfindən soyqırımı kimi tanınıb”. Z.Əsəgərov bu gün Milli Məclisdə keçirəcək dinləmələrdən sonra dünya ictimaiyyətinə ünvanlanan bəyanatın qəbul olunacağını da deyib. O, Xocalı soyqırımının dünya ölkələrinin parlamentləri tərəfindən tanınması üçün ardıcıl iş aparıldığını da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR