Bank Of Baku

Novruz Məmmədov: “Xocalı soyqırımının beynəlxalq təşkilatlarda tanınmasına nail olmaq lazımdır”

Novruz Məmmədov: “Xocalı soyqırımının beynəlxalq təşkilatlarda tanınmasına nail olmaq lazımdır”
# 26 fevral 2007 10:11 (UTC +04:00)
“Azərbaycan parlamenti Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıyıb. Hesab edirəm ki, hazırkı mərhələdə biz müxtəlif məhkəmə instansiyaları vasitəsilə bu hadisələrin hüquqi əsaslarını hazırlamaq, bu məsələni beynəlxalq məhkəmələrə çıxarmaq, Xocalı soyqırımının beynəlxalq təşkilatlarda tanınmasına nail olmaq lazımdır”. APA-nın məlumatına görə, bu fikirləri Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib. O, Xocalı hadisələrinin soyqırımı kimi tanınması məsələsinin bu il Böyük Britaniya və Türkiyə parlamentlərində qaldırıldığını xatırladıb: “Bu məsələ başqa strukturlar qarşısında da qaldırılacaq. Xocalıda baş verən hadisələr soyqırımıdır və beynəlxalq ictimaiyyət də bu faktı tanımalıdır. Hesab edirəm ki, bu il Xocalı hadisələrinin soyqırımı kimi tanınması istiqamətində böyük işlər görülüb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR