Bank Of Baku

Ötən il işğal altında olan Azərbaycan torpaqlarına Ermənistan və xarici ölkələrdən 300-ə yaxın erməni ailəsi köçürülüb

Ötən il işğal altında olan Azərbaycan torpaqlarına Ermənistan və xarici ölkələrdən 300-ə yaxın erməni ailəsi köçürülüb
# 14 may 2008 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev bildirib ki, Ermənistanda və qondarma “Dağlıq Qarabağ Respublikası”nda yaradılan miqrasiya təşkilatları Qarabağa və işğal edilən digər Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi ilə məşğul olurlar. Təkcə ötən il işğal altında olan Azərbaycan ərazilərinə Ermənistan və xarici ölkələrdən 300-ə yaxın erməni ailəsi köçürülüb. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov isə deyib ki, Erməni Mədəniyyət Mərkəzi adlı qurumun başçılığı Qarabağda və işğal edilən ərazilərdə olan Azərbaycan abidələrinin üzərində erməniləşdirmə işi aparılır. O, bu barədə onda konkret faktların olduğunu da bildirib: “İşğal olunan ərazilərdə olan provaslav və alban xristian kilsələri erməni dini abidəsi kimi rekonstruksiya olunur. Hətta bəzi qədim abidələrin qarşısına daşdan yonulan erməni xaçları qoyulur. 2000-2006-cı illərdə Azıx mağarasında aparılan ekspedisiya zamanı tapılan əşyalar isə Londona göndərilib”. Sonda tədbir iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR