Bank Of Baku

ATƏT rəsmisi: “Azərbaycan hökuməti müraciət etsə, yanğınlarla bağlı Dağlıq Qarabağa fakt-araşdırıcı missiya göndərə bilərik”

ATƏT rəsmisi: “Azərbaycan hökuməti müraciət etsə, yanğınlarla bağlı Dağlıq Qarabağa fakt-araşdırıcı missiya göndərə bilərik”
# 27 may 2008 10:38 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı ATƏT-in ekologiya və iqtisadiyyat məsələləri ofisinin əməkdaşı, 2006-cı ildə Bernar Snounun missiyasının tərkibində Azərbaycanın işğal altında olan ərazilərində baş verən yanğınları tədqiq edən Devid Svolli verib. ATƏT təmsilçisi bildirib ki, hazırda Azərbaycan hökuməti bu quruma bölgəyə yeni missiya göndərmək barədə müraciət etməyib. O, bir il öncə hazırlanan hesabatda Azərbaycan və Ermənistan hökumətlərinə bəzi tövsiyələrin yer aldığını xatırladıb: “Biz hazırda bu tövsiyələrin necə yerinə yetirildiyini müşahidə etməklə məşğuluq. Lakin bunlar yalnız tövsiyələrdir, öhdəliklər deyil. Buna görə də həmin tövsiyələrə mütləq riayət olunmasında israr edə bilmərik. Bununla belə, əgər hansısa çətinliklər meydana çıxsa, biz hər iki ölkənin hökumətinə öz köməyimizi göstərməyə hazırıq”. Dağlıq Qarabağ ərazisində yenidən yanğınların törədilməsi faktına münasibət bildirən Devid Svolli bunu ürəkağrıdıcı fakt adlandırıb: “Belə yanğınlar flora və faunaya ciddi zərər vurur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR