Bank Of Baku

Almaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib

Almaniya Federal Xarici İşlər Nazirliyi ölkədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın ofisinin fəaliyyət göstərməsi xəbərini təkzib edib
# 27 may 2008 13:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu il Berlində qondarma “Dağlıq Qarabağ Respublikası”nın ofisi fəaliyyətə başlayıb. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, ofisin rəhbəri Qayane Apinyan jurnalistlərə bildirib ki, onların əməkdaşları hətta Almaniyada Azərbaycan Mədəniyyət Günləri tədbirlərinə də qatılırlar. O, azərbaycanlıların ofis təmsilçilərin “böyük hörmətlə” qarşıladıqlarını deyib. Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat katibi Ramil Fərzəliyev APA-ya açıqlamasında bildirib ki, bu məlumatla əlaqədar səfirlik Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib: “Nazirlikdən bildirdilər ki, bu təşkilat barədə məlumatları yoxdur, çünki ölkədə bu adda qurum qeydiyyatdan keçməyib. Bu, yalnız ermənilərin növbəti təxribatından başqa bir şey deyil”. Bununla belə səfirlik məsələni geniş şəkildə araşdırmaq üçün yenidən Almaniya Federal Xarici İşlər Nazirliyinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR