Bank Of Baku

Araz Əzimov: “Dağlıq Qarabağda yaşayacaq əhalinin özünüidarəetmə statusunun təmin olunması Azərbaycanın kompromisidir”

Araz Əzimov: “Dağlıq Qarabağda yaşayacaq əhalinin özünüidarəetmə statusunun təmin olunması Azərbaycanın kompromisidir”
# 29 may 2008 10:04 (UTC +04:00)
O, münaqişənin həlli istiqamətində növbəti addımların tərəflərin prinsipial mövqeyindən asılı olduğunu bəyan edib. A. Əzimov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburgda keçiriləcək görüşü Ermənistanın yeni rəhbərliyinin mövqeyini aydınlaşdırmaq məqsədi daşıyır. “Sərkisyanın prezidentliyi dövründə Ermənistanın konstruktiv mövqedən çıxış edəcəyinə inanırsınızmı” sualının cavabında nazir müavini “Ümid sona qədər yaşayır”, - söyləyib.
A. Əzimov, həmçinin qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi Dağlıq Qarabağdakı vəziyyəti Azərbaycanın tam vertikal xətlə təmin olunan suveren nəzarəti altına gətirmək olub: “Lakin Dağlıq Qarabağ regionunda yaşayacaq əhalinin özünüidarəetmə statusunun təmin olunması Azərbaycanın kompromisidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR