Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 31 may 2008 06:48 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri mayın 31-də saat 00.00-dan 00.05-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini, mayın 30-da saat 21.30-dan 22.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.05-dən 22.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 22.35-dən 22.45-dək isə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR