Bank Of Baku

Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir

Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən müsbət nəticələr gözləyir
# 31 may 2008 07:04 (UTC +04:00)
APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə E. Nalbandyan Moskvada rusiyalı həmkarı Sergel Lavrovla görüşündən sonra keçirilən brifinqdə bildirib. “Əsas odur ki, biz iki ölkənin prezidentlərini iyunun 6-da Sankt-Peterburqda gözləyirik. Ümid edirik ki, görüş müsbət alınacaq, prezidentlər bu görüşdən sonra xarici işlər nazirlərinə danışıqları davam etdirmək haqda göstəriş verəcək və biz Minsk Qrupunun vasitəçiliyi ilə ortada olan təkliflər əsasında münaqişənin nizamlanması yollarını tapmağa çalışacağıq”, - deyə erməni nazir bildirib.
Öz növbəsində, Rusiyanın xarici işlər naziri S. Lavrov da prezidentlərin Sankt-Peterburq görüşünün xarici işlər nazirlərinin həmsədrlərin dəstəyi ilə danışıqlar prosesi üçün əsas olacağına ümidvar olduğunu deyib: “Əlbəttə ki, razılaşma yalnız birbaşa danışıqlar çərçivəsində əldə oluna bilər. Lakin tərəflər hər zaman vasitəçilik mexanizmini də yüksək qiymətləndiriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR