Bank Of Baku

Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü böyük əhəmiyyət daşıyır”

Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü böyük əhəmiyyət daşıyır”
# 02 iyun 2008 10:36 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun fransız həmsədri Bernar Fasie verib. Onun sözlərinə görə, prezidentlərin görüşündən sonra həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzərində işi və kompromis yollarını axtarmağı davam etdirə biləcəklər. Tərəflərin görüşə pozitiv əhval-ruhiyyədə qatılacağına ümidvar olduğunu bildirən diplomat görüşdən yaxşı nəticələr gözlədiyini bildirib.
Qeyd edək ki, iyunun 5-də həmsədrlər Moskvada Rusiyanın rəsmi şəxsləri, o cümlədən xarici işlər nazirinin müavini Qriqori Karasin ilə görüşəcəklər. Prezidentlərin görüşündən sonra iyunun 9-da isə həmsədrlərin ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabbla görüşü nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR