Bank Of Baku

Edvard Ohara: “Dağlıq Qarabağda vəziyyət çox təhlükəlidir”

Edvard Ohara: “Dağlıq Qarabağda vəziyyət çox təhlükəlidir”
# 02 iyun 2008 11:03 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “On gün əvvəl Parisdə Avropa Şurasının komitələrindən birinin iclası çərçivəsində Azərbaycan parlamentinin üzvləri ilə görüşmüşəm. Görüşdə rəhbərlik etdiyim missiyanın Bakı və Naxçıvana səfərinin detalları ətrafında müzakirə apardıq”. Bu eksklüziv açıqlamanı APA-ya AŞ PA-nın Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Ohara verib. Onun sözlərinə görə, görüşdə irəli sürdüyü təkliflər maraqla qarşılanıb: “Mən onların xüsusi əməkdaşlıq niyyətini hiss etmədim. Azərbaycan tərəfi öz mövqeyini qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirdi. Lakin seçkilərə kimi kifayət qədər müddət var və biz bu müddətdə bölgəyə səfər edə bilərik”. Britaniyalı deputat səfərin baş tutacağına inandığını bildirib: “Biz hələ də iş qrafiklərini öyrənir və danışıqlar aparırıq. Ümidvaram ki, missiyamızın bölgəyə səfəri əvvəlcədən müəyyənləşdirilmiş müddətdə - iyunun sonu iyulun əvvəlində baş tutacaq”. Edvard Ohara Dağlıq Qarabağ bölgəsinə səfər məsələsinə də münasibət bildirib: “Əlbəttə ki, Dağlıq Qarabağa səfər planlaşdırırıq. Lakin bu o qədər də asan səfər deyil Dağlıq Qarabağda vəziyyət çox təhlükəlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR