Bank Of Baku

Sabina Freyzer: “Hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında çox həssas situasiya yaranıb”

Sabina Freyzer: “Hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında çox həssas situasiya yaranıb”
# 02 iyun 2008 14:45 (UTC +04:00)
Ümidvaram ki, danışıqlar zamanı prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yenidən gözdən keçirməyə razılıq verəcəklər”. Bu eksklüziv açıqlamanı APA-ya Beynəlxalq Böhran Qrupunun Avropa üzrə proqram direktoru Sabina Freyzer verib. O, hazırda Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarla bağlı son dərəcə həssas situasiyanın yarandığını bildirib: “Buna səbəb bu il hər iki ölkədə prezident seçkilərinin keçirilməsidir. Ermənistanda artıq seçkilər başa çatıb, bu proses ağır hadisələr, mitinqlər, narazılıqlarla müşahidə olunub. Azərbaycanda isə seçkilər hələ keçiriləcək. Hər iki ölkə seçkilərlə məşğul olduğuna görə, situasiyanın həssas olduğu qənaətindəyəm”. Ermənistanda hakimiyyət dəyişikliyi məsələsini dəyərləndirən Sabina Freyzer bu amilin danışıqlar prosesinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib: “Yeni prezident yeni ruh, yeni həvəs deməkdir. Ümidvaram ki, Serj Sərkisyan konstruktiv mövqedən çıxış edəcək və bu amil danışıqlar prosesinə yeni stimul verəcək”. Azərbaycanın işğal altında olan ərazilərində yanğınların törədilməsi barədə sualı cavablandıran Sabina Freyzer bu cür halların hər il təkrarlandığını bildirib: “Bu yanğınlar hər il baş verir və bu, ciddi problemdir. Ötən il Bernar Snounun rəhbərliyi ilə ATƏT-in fakt-araşdırıcı missiyası bölgəyə səfər etmiş, münaqişə tərəflərinə tərəflərə bəzi tövsiyələr vermişdi. Bu tövsiyələrə riayət etmək pis olmazdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR