Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub
# 03 iyun 2008 07:27 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyunun 2-də saat 14.30-dan iyunun 3-ü saat 02.10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 16.20-dən 16.40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, iyunun 2-də saat 21.30-dan iyunun 3-ü saat 02.10-dək isə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR