Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 04 iyun 2008 07:26 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 3-də saat 11.40-dan 19.40-dək ara-sıra Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.10-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 4-də saat 06.00-dan 06.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR