Bank Of Baku

Daha bir Rusiya saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilib

Daha bir Rusiya saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilib
# 04 iyun 2008 08:48 (UTC +04:00)
Heraldika və veksillologiyaya dair qeyri-kommersiya saytında Ermənistan bölməsinə “Dağlıq Qarabağ Respublikasının bayrağı”, “Dağlıq Qarabağ Respublikasının gerbi”, “Dağlıq Qarabağ Sosial Təminat Nazirliyinin emblemi” və “Şuşa şəhərinin gerbi” adlı yarımbölmələrə yerləşdirilib. Sayt rus, ingilis və alman dillərində fəaliyyət göstərir (http://geraldika.ru, http://www.civicheraldry.com, http://www.civicheraldry.de). Maraqlıdır ki, internet-layihənin ana səhifəsində qeyd olunur ki, bu saytda qeyri-qanuni fəaliyyətə dair, xüsusilə milli və dini zəmində qarışıqlıq yarada biləcək informasiyanın yerləşdirilməsinə icazə verilmir. Qeyd edək ki, bundan əvvəl analoji hal Rusiya Veksillolofiya və Herladika Mərkəzinin sayında da (http://www.heraldicum.ru) mövcud olub, lakin Azərbaycanın rəsmi qurumlarının müraciətindən sonra bu səhv aradan qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR