Bank Of Baku

Dövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib

Dövlət Komissiyası: 550 azərbaycanlı erməni əsirliyində qətlə yetirilib
# 04 iyun 2008 17:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub. Həmin şəxslərdən 26 nəfərin sağ olduğu, bəzilərinin Azərbaycandan kənarda yaşadığı, 33 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 41 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyənləşdirilib. 1 iyun 2008-ci il tarixinə olan məlumata görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4264 nəfərdir. Onlardan 3439 nəfər hərbçi, 817 nəfər mülki şəxsdir (8 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47-si itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 azyaşlı qız), 262-si qadın, 359-u yaşlı insandır (156 qadın). Əsir, itkin düşmüş 4264 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1396 nəfər azad edilib. Onlardan 343 nəfəri qadın, 1053 nəfəri kişidir, (eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər qoca (112 nəfər yaşlı qadın)). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 446 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR