Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 05 iyun 2008 07:17 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 4-də saat 19.35-dən 20.00-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisində yerləşən mövqelərini, saat 15.00-dan 15.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 14.30-dan 22.45-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.05-dən iyunun 5-i saat 06.20-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 20.15-dən 20.50-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR