Bank Of Baku

Xatçinsonun ensiklopediyasında Dağlıq Qarabağ münaqişəsi dinlərarası konflikt kimi təqdim olunub

Xatçinsonun ensiklopediyasında Dağlıq Qarabağ münaqişəsi dinlərarası konflikt kimi təqdim olunub
# 06 iyun 2008 09:13 (UTC +04:00)
APA-nın məlumatına görə, ensiklopediyada Dağlıq Qarabağa həsr olunmuş məqalədə (http://encyclopedia.farlex.com) bildirilir ki, “əhalisi xristian ermənilərdən ibarət olan bu anklav şiə azərbaycanlıların mühasirəsindədir”. Məqalədə Dağlıq Qarabağla bağlı həqiqətəuyğun olmayan bir çox məqamlar öz əksini tapıb: “VII əsrə kimi Dağlıq Qarabağ Ermənistanın tərkibində olub, daha sonra bu ərazilər ərəblər tərəfindən işğal olunub və ərəblər bu torpaqlarda 300 il hökmranlıq ediblər. XI əsrdə region gürcü Baqratidlər sülaləsinin idarəetməsinə keçib. Onlar bu ərazilərə monqolların regiona yürüşünə kimi sahib olublar. Monqol istilasından bir əsr sonra isə Dağlıq Qarabağ türklərin nəzarətinə keçib. XVII əsrin əvvəllərində İran bu ərazidə hökmranlığını bərpa edib və Şah Abbas Dağlıq Qarabağı yerli xanın idarəetməsinə verib. Qarabağ xanlığı ruslar tərəfindən 1805-ci ildə süquta uğradılıb və 1822-ci ildə bu bölgəyə əyalət statusu verilib”. Məqalədə həmçinin qeyd olunur ki, 1923-cü ildə Dağlıq Qarabağ yerli əhalinin iradəsinin əksinə olaraq Azərbaycanın tərkibinə daxil edilib. Məqalə müəlliflərinin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbi xristian ermənilərlə şiə azərbaycanlılar arasında uzun əsrlərdən bəri davam edən qarşıdurmadır. Ensiklopediyada bu iddianı əsaslandırmaq üçün saxta faktlardan istifadə olunub: “1920-ci ildə Şuşada dini münaqişə zəminində 30 min erməni, 15 min azərbaycanlı öldürülüb. 1994-cü ilə qədər olan rəsmi rəqəmlərə görə Dağlıq Qarabağ müharibəsində 18 min erməni, 5 min azərbaycanlı həlak olub. Atəşkəs haqqında saziş imzalandıqdan sonra cəbhəyanı döyüşlər 1997-ci ildə kimi davam edib, 1998-ci ilin noyabrında isə Azərbaycan hökuməti ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair planını rədd edib”. Maraqlıdır ki, bu məqalə axtarış saytlarında Nagorny Karabakh, Mountainous Karabakh və Nagorno-Karabakh Republic sözləri axtarılan zaman üzə çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR