Bank Of Baku

Amerikalı tədqiqatçı Custin Makkarti: “Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmalıdırlar”

Amerikalı tədqiqatçı Custin Makkarti: “Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirlərsə, o zaman tarixi Azərbaycan torpaqlarını qaytarmalıdırlar”
# 06 iyun 2008 10:00 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Luisvill Universitetinin professoru, qondarma “erməni soyqırımı” iddialarını ifşa edən amerikalı tədqiqatçı Custin Makkarti verib. O, ermənilərin tarix boyu türklərlə mənfi münasibətdə olduğunu bildirib: “Bundan başqa ermənilərin uzun illər ərzində formalaşdırdığı güclü diasporu mövcuddur, bu amildə öz rolunu oynayır. Təəssüf ki, bu situasiyanı dəyişmək çox çətindir”. Tədqiqatçı bildirib ki, tarixçilərin əsas məqsədi həqiqəti üzə çıxarmaq, türklərlə azərbaycanlıların hədəfi isə bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Custin Makkarti ermənilərin Dağlıq Qarabağ iddiasına da münasibət bildirib: “Əgər ermənilər hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir, o zaman nəzərə almalıdırlar ki, Ermənistan torpaqlarının böyük əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqlar da Azərbaycana qaytarılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR