Bank Of Baku

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib <font color=red>- YENİLƏNİB</font>
# 06 iyun 2008 11:23 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Azər Qasımov bildirib. Mətbuat xidmətinin rəhbəri prezidentlərin görüşünün artıq başa çatdığını deyib.
Onun sözlərinə görə, görüşdən sonra hər iki ölkənin xarici işlər nazirləri dövlət başçılarının apardıqları danışıqlar barədə şərh veriblər.
Qeyd edək ki, Konstantinovsk Sarayında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Xatırladaq ki, hər iki dövlət başçısı MDB-nin qeyri-rəsmi sammitində və 12-ci beynəlxalq iqtisadi forumda iştirak etmək üçün Sankt-Peterburqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR