Bank Of Baku

Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar

Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar
# 09 iyun 2008 16:20 (UTC +04:00)
Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasında iyunun 6-da Sankt-Peterburqda keçirilmiş görüş haqqında ATƏT sədrini məlumatlandırıblar. Bundan başqa, vasitəçilər nizamlanma prosesi haqqında da A. Stabba ətraflı məlumat veriblər. Həmsədrlər prezidentlərin görüşünün konstruktiv keçdiyini, A. Stabb isə öz növbəsində tərəflərin münaqişənin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli prinsipinə sadiqlik nümayiş etdirəcəyinə ümidvar olduğunu deyib.
ATƏT sədri ilə görüşdən əvvəl isə həmsədrlər özləri də görüşüb, danışıqlarla bağlı son durumu müzakirə ediblər. Həmsədrlərin Finlandiyanın müvafiq qurumlarında da görüşləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR