Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 10 iyun 2008 07:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 9-da saat 13.20-dən 13.45-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 13.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 10.00-dan 10.15-dək və saat 23.10-dan iyunun 10-u saat 00.45-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 16.00-dan 16.35-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.55-dən 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 10-u saat 05.50-dən 06.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR