Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 12 iyun 2008 07:16 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 11-də saat 13.30-dan 13.45-dək və 15.30-dan 18.00-dək fasilələrlə Ermənistanın Verd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndi, Noyemberyan rayonu Barekamavan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndi, Qazax rayonunun Kəmərli kəndi ərazisindəki mövqelərini, saat 22.55-dən 23.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək və iyunun 12-si saat 00.00-dan 00.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.00-dan 00.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR